Köməyə ehtiyacınız var?

Formu doldurmaq üçün bizimlə əlaqə saxlayın,korporativ ofisimizə zəng edin və biz sizi uyğun komanda üzvünə yönləndirəcəyik.

+994 12 504 77 77

Qarğıdalı

Qarğıdalının heyvandarlıq üçün qiymətli bitki olmasının səbəbi yüksək qidalı qarışıq və şirəli yemlərin mənbəyi kimi bütün növ heyvan və quşlar üçün faydalı olmasıdır. Dən, silos, təzə-yaşıl yem və emal qalıqları kimi istifadə olunmaqla eyni zamanda bir neçə məsələni həll etmək imkanına malikdir. Qarğıdalı üçün bir sıra bitkilər sələf götürülə bilər. Bununla belə ən yaxşı sələf payızlıq buğda, arpa, çovdar, dənli-paxlalılar, çoxillik yem, cərgəarası becərilən, tərəvəz bitkiləri hesab olunur. Qarğıdalının özü isə payızlıq və yazlıq bitkilər üçün yaxşı sələfdir. Qarğıdalının əkini zamanı başqa dənli bitkilərdən fərqli olaraq onun coğrafi yayılmasını nəzərə almaq lazımdır və bununla əlaqədar olan təbii şərait, becərmənin məqsədləri (yem və ya ərzaq) nəzərə alınmalıdır. Çox turş torpaqlarda qarğıdalı yaxşı inkişaf etmir. Onun normal inkişafı üçün torpaq mühitinin reaksiyası neytral olmalıdır (pH-6-7). Odur ki, bu bitkinin becərilməsi zamanı bir tərəfdən bitkinin bioloji xüsusiyyətləri, digər tərəfdən yerli torpaq iqlim şəraiti nəzərə alınmaqla bitki üçün müvafiq aqrotexniki tədbirlər seçmək lazımdır.

Torpağın becərİlməsİ

İlk olaraq qarğıdalı əkiləcək sahədə əvvəlcə 8-12 sm dərinlikdə sələf bitkilərindən sonra üzləmə aparılır. Bu əməliyyat əvvəlki sələf bitkisindən qalan bitki qalıqlarının xırdalanmasına, torpağın üst qatının yumşaldılmasına, alaq otlarının toxumlarının cücərməsinə və sonradan onun mexaniki yolla məhv edilməsinə, nəmliyin saxlanmasına və s. proseslərə müsbət təsir edir. Ənənəvi olaraq qarğıdalı əkiləcək sahədə 25-30 sm dərinlikdə şum aparılsa da son dönəmlərdə torpaqda antropogen və təbii amillərin təsirindən formalaşan kipləşmiş qatın dağıdılması məqsədilə reper və ya dərin yumşaldıcı ilə 35-45 sm dərinliyində dərin yumşaltma aparılması zəruri hesab edilir. Uzun müddət əkinçilik fəaliyyəti ilə məşğul olunan torpaqlarda bu prosesi hər 5 ildən bir, yeni mənimsənilən və torpaqda üzvi maddələrin az olduğu, su-fiziki xassələri zəif olan torpaqlarda hər il aparılması məqsədəuyğundur. Qeyd edilən əməliyyatlar nəticəsində torpağın su-fiziki xassələri yaxşılaşmaqla, torpaqda aerasiya prosesi yaxşılaşır. Torpağın səpin qabağı hazırlanması məqsədilə sahədə səpindən 1-2 gün öncə kompleks kultivator ilə torpağın üst qatı işlənir. Bu zaman kultivatorun hərəkət istiqamətinin səpin istiqamətindən müəyyən bucaq altında olmasına diqqət yetirilməlidir. Eyni zamnada torpaq səthinin hamar olması, 10 sm dərinlikdə torpaq hissəciklərinin ölçüləri toxumun tam örtülməsinə və kiplik tələbinə cavab verməsinə, cücərmiş və torpaqda olan alaq otlarının tam məhv edilməsinə, həmçinin aqreqatın işçi orqanlarına (cizellərə) bitki qalıqlarının toplamasına nəzarət edilməlidir. Torpağın səpinqabağı becərilməsi toxum yatağının normal hazırlanmasına, toxumların normal dərinliyə basdırılmasına imkan verir.Qarğıdalı istilik sevən bitki olduğundan torpaqda 8-1°C istilik olduqda əkilməlidir. Torpaqda temperatur 10-12°C olduqda kütləvi cücərtilər alınır. Bitkilərin normal inkişafı üçün optimal temperatur 20-25°C hesab olunur. Müxtəlif torpaq-iqlim zonalarında qarğıdalının səpin müddətləri müxtəlifdir. Torpaqda nəmlik normal olduqda toxumun basdırılma dərinliyi 8-10 sm təşkil edir. Ağır mexaniki tərkibli torpaqlarda bu 6-7 sm dərinliyə qədər azaldılmalıdır. Səpin norması 1 ha sahədə 80 min bitki sayının alınmasına uyğun təyin olunur. Cərgəarası məsafə 70 sm bitki arası məsafə 18 sm götürülür.

Qarğıdalının mexanikləşdirilməsinə onun səpinində yüksək dəqiqlikli toxumsəpənlərdən istifadə, suvarılmasının mexanikləşirilməsi, gübrələnməsi, alaq otları, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri məqsədilə pestisidlərin çilənməsi və yığımın təşkilindən ibarətdir.